Avropa İttifaqı Rusiya almazlarına qarşı sanksiyalar tətbiq edəcək - ÖZƏL
27 Oktyabr 2023 23:25 DünyaOlaylar.az xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ-nin Brüsseldə keçirilən sammitindən sonra təsdiqləyib ki, Avropa İttifaqı 12- ci sanksiyalar paketini hazırlayır.
"Biz 12-ci sanksiya paketinin hazırlanması prosesindəyik", - deyə o bildirib.
Onun sözlərinə görə, hazırda assosiasiyaya üzv ölkələrlə məsləhətləşmələr aparılır.
Von der Leyen qeyd edib ki, Rusiyanın almazdan əldə etdiyi gəliri kəsmək yolları araşdırılır. AK rəhbəri əlavə edib ki, bu, G7 tərəfdaşları ilə sıx əlaqələndirmə əsasında həyata keçiriləcək.
Oktyabrın 5-də Avropa Şurasının rəhbəri Çarlz Mişel bildirib ki, Avropa İttifaqı Rusiya almazlarına qarşı sanksiyalar hazırlayır və bu sanksiyalar gələn ildən qüvvəyə minəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31