Qəzzada ya dünya savaşı başlayacaq, ya da... - Fidan

Qəzzada ya bütün dünyaya yayılacaq müharibə başlayacaq, ya da böyük sülh olacaq.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan danimarkalı həmkarı Lars Lökke Rasmussen ilə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

"Fələstin dövlətinin bir hissəsi və dövlət sistemində siyasi partiya olan HƏMAS-ı terror təşkilatı olaraq tanımadığımızı özlərinə (Rasmussen) söylədik", - deyə H.Fidan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31