Qəzza zolağında 200-dən çox məktəb zərər görüb - UNESCO

Qəzza zolağında atışmalar nəticəsində 200-dən çox məktəb zərər görüb, bu bölgədəki 600 mindən çox şagird köməksiz vəziyyətdə qalıb.

Olaylar.az xəbər verir ki, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) məlumat yayıb.

"Oktyabrın 7-dən etibarən 200-dən çox məktəb zərər görüb ki, bu da Qəzza zolağındakı məktəblərin ümumi sayının təqribən 40 faizi deməkdir. Oktyabrın 7-də HƏMAS qüvvələri tərəfindən İsrailin mülki əhalisinə qarşı törədilmiş terror aktlarından sonra İsrail ordusunn Qəzza zolağında əməliyyatları ciddi humanitar böhrana səbəb olmaqla mülki əhalinin həyatının bütün sahələrini, o cümlədən, təhsili əhatə edib. Bu gün bu bölgədə 625 mindən yuxarı şagird və 22 min 500-dən çox müəllim olduqca köməksiz vəziyyətdə qalıb", - UNESCO-nun məlumatında deyilir.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31