Türkiyənin "Bayraktar TB3" SİHA-sı ilk uçuşunu uğurla həyata keçirib

Türkiyənin LHD platformalarında uçuş və eniş üçün nəzərdə tutulmuş "Baykar"ın milli və yerli imkanlarla inkişaf etdirdiyi ilk silahlı pilotsuz uçuş aparatı (SİHA) olan "Bayraktar TB3" ilk uçuşunu uğurla həyata keçirib.

Olaylar.az-ın TurkicWorld-ə istinadən məlumatına görə, qatlana bilən qanad quruluşuna malik olan TB3 SİHA, TCG Anadolu kimi qısa uçuş-enmə zolağına sahib gəmilərindən qalxıb-eniş etmə qabiliyyətinə sahib ilk dünyanın silahlı pilotsuz uçuş aparatıdır.

O, həm də uzaq məsafələrdən idarə oluna bildiyi üçün görüş xəttinindən aralıda olmasına baxmayaraq, əlaqə qura bilmə qabiliyyətinə sahib olacaq.

SİHA qatlana bilən qanadlara, SATCOM faydalı yükünə, min 450 kiloqram uçuş çəkisi, 24 saatlıq havada qalma vaxtına, altı ədəd silah stansiyası və yüksək hündürlükdə fəaliyyət göstərmək qabiliyyətinə malikdir.

Qeyd edək ki, "Bayraktar TB3" SİHA-sı TB2 üzərində inkişaf etdirilib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31