Türkiyə birrəqəmli inflyasiyaya nail olacaq - ÖZƏL

Türkiyə birrəqəmli inflyasiyaya nail olmaq istiqamətində çalışır və buna nail olacaq. "OLAYLAR" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.
Cevdet Yılmaz iqtisadi sahədə əldə edilən uğurların qarşıya qoyulan hədəflərə çata biləcəyi əminliyi yaratdığını deyib:
"Gələn il inflyasiya azalmağa başlayacaq. Dağıdıcı zəlzələyə baxmayaraq, biz maliyyə intizamını qoruyuruq. Biz qiymət sabitliyi ilə yanaşı, çoxşaxəli siyasətlə hərəkət edirik. Bu istiqamətdə fəaliyyətimiz davam edəcək və dezinflyasiya prosesini görəcəyik".

Cevdət Yılmaz qeyd edib ki, pandemiyaya baxmayaraq Türkiyə inkişaf edən nadir ölkələrdən birinə çevrilib:
"Türkiyənin son 3 ildə ümumi artımı 20 faiz ətrafındadır. Dünyada cəmi 7 faiz böyümə oilduğu halda biz 20 faiz böyüdük".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31