HƏMAS-ın girov götürdüyü şəxslərin sayı 229-a çatıb

HƏMAS-ın girov götürdüyü şəxslərin sayı 229-a çatıb.

Olaylar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, girovların sayı 5 nəfər artaraq 229-a yüksəlib.

Xatırladaq ki, oktyabrın 7-si səhər saatlarında HƏMAS qruplaşması İsrail ərazisinə Qəzza zolağından raket atəşinə başlayıb. Nəticədə İsrail ordusu müharibə hazırlığı vəziyyəti elan edib və oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin müharibə vəziyyətinə daxil olduğunu elan edib. Əməliyyat "Dəmir qılınclar" adı alıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31