Rusiya Sakit Okean Donanmasının işçi qrupu İndoneziyanı tərk edir - ÖZƏL

"Rusiya Sakit Okean Donanmasının döyüş gəmilərinin xüsusi qrupu İndoneziyaya səfərini başa vuraraq Tanjung Perak limanını tərk edib".

Olaylar.az xəbər verir ki, bunu Donanmanın mətbuat xidməti bildirib.

"Admiral Tributs və "Admiral Panteleyev" iri sualtı qayıq əleyhinə gəmiləri işgüzar səfərini başa vurduqdan sonra İndoneziyanın Surabaya şəhərindəki Tanjung Perak limanını tərk edib. Hazırda operativ qrup Yava dənizini keçərək şimal-qərbə doğru hərəkət edir", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31