Bu ilin 9 ayında 777 mindən çox sərnişin daşınıb - ÖZƏL

Cari ilin 9 ayında Rize-Artvin hava limanından 777 mindən çox sərnişin daşınıb. "OLAYLAR" Türkiyənin Dövlət Hava Limanları İdarəsinə istinadən bildirir ki, 
9 ay ərzində Rize-Artvin Hava Limanından 5 min 596 uçuş həyata keçirilib. Bu müddət ərzində hava limanı vasitəsilə 5 min 628 ton baqaj və yük daşınıb.

İdarədən bildirilib ki, sentyabr ayında isə hava limanından 696 daxili və beynəlxalq reys həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31