Türkiyədə İŞİD-ə qarşı əməliyyat, 21 nəfər həbs edildi - ÖZƏL

Türkiyədə İŞİD terror təşkilatına qarşı mübarizə davam edir. "OLAYLAR" trthaber-ə istinadən bildirir ki, belə əməliyyatlardan biri İzmirdə keçirilib. İzmir polisi və  Terrorla Mübarizə Müdirliyinin həyata keçirdiyi əməliyyat zamanı İŞİD terror təşkilatı ilə bu və ya digər formada əlaqəsi olduğu bilinən 21 nəfər saxlanılıb. Daha 5 şübhəlinin axtarışları davam edir.

Saxlanılan şəxslərin evlərində aparılan axtarış zamanı mənzillərdən çoxlu sayda silah, kəsici və deşici alətlər götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31