Generallar arasındakı münaqişə ölkəni parçalayır - ÖZƏL
27 Oktyabr 2023 11:03 DünyaOlaylar.az BBC-yə istinadən xəbər verir ki, yarımhərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (RSF) ilə Sudan Milli Ordusu arasında aylarla davam edən döyüşlərdən sonra Sudanın ikinci ən böyük şəhəri olan Nyala nəzarəti altına alınıb.
Şahidlərin dediklərinə görə, RSF döyüşçüləri şəhəri ələ keçirdikdən sonra mülki əhalinin evlərini qarət edərək onlara hücum ediblər. Şəhər xəstəxanalarının dağıdıldığı , cəsədlərin küçələrdə qaldığı bildirilir. Döyüşlər nəticəsində 670 mindən çox insan evlərindən didərgin düşüb.
Qeyd edək ki, toqquşmalar Sudan Milli Ordusu ilə RSF adlanan Çevik Dəstək Qüvvələri arasında gedir. Münaqişənin mərkəzində iki general dayanır: Sudan Silahlı Qüvələrinin lideri Əbdül Fəttah əl-Bürhan və Çevik Dəstək Qüvvələrinin rəhbəri Hemedti kimi tanınan Məhəmməd Hamdan Daqalo Generallar arasındakı münaqişə çox qədimlərə gedib çıxır.
Beynəlxaq Böhran Qrupunun analitik şərhçisi Alan Bosvell bildirir ki, "Onlar dövlət çevrilişindən bir il yarım sonra ölkəni idarə edə bilmədilər. Hər ikisinin istəkləri Sudan xalqının istəklərinə ziddir. Onlar arasındakı mübarizənin bədəlini təəssüf ki, Sudan xalqı ödəyəcək".
Xatırladaq ki, RSF 2013-cü ildə vaxtikən Sudan prezidenti olan Ömər Əl-Bəşir tərəfindən üsyanların yatırılması məqsədiylə yaradılıb.
Qeyd edək ki, RSF-nin tərəfində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Rusiyanın "Vaqner" muzdlu qruplaşması və digər regional silahlı birləşmələr var.