Misir ərazisinə raket düşüb, yaralılar var
27 Oktyabr 2023 10:43 DünyaMisirin Cənub Sina mühafəzəsinin Taba yaşayış məntəqəsinə raket düşüb. Olaylar.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Bildirilib ki, hadisədə beş nəfər yaralanıb. "Reuters" agentliyi isə mənbəyə istinadən qeyd edib ki, İsrail ordusunun insidentdən xəbəri var.
"Təhlükəsizliklə əlaqəli insidentdən xəbərdarıq, lakin o bizim sərhədimizin xaricində baş verib", - hərbçilər bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31