Əcnəbilər Rusiyaya gəldikləri barədə daxili işlər orqanlarını özləri xəbərdar edə biləcəklər - ÖZƏL
26 Oktyabr 2023 21:00 DünyaRusiya hökuməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qeydiyyatı qaydalarına dəyişiklik edib.
Olaylar.az xəbər verir ki, bu barədə TASS sərəncama istinadən xəbər verir.
Yeniliklərə əsasən, əcnəbilər Rusiya Federasiyasına gəlişləri barədə müstəqil şəkildə daxili işlər orqanlarına məlumat verə biləcəklər. Əvvəllər bunu yalnız qəbul edən tərəf edə bilərdi.
Əcnəbi ölkəyə gəldikdən sonra sənədləri birbaşa Daxili İşlər Nazirliyinin ərazi orqanına və ya dövlət xidmətləri portalından istifadə etməklə təqdim edə bilər.
Oktyabrın 24-də Rusiyanın baş naziri Mixail Mişustin ölkəyə çoxlu sayda miqrant gəldiyi üçün təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirməyin vacibliyini qeyd edib. O, bu barədə miqrasiya siyasəti üzrə strateji sessiyada bildirib. Baş nazir qeyd edib ki, səlahiyyətli orqanlar qeyri-leqal miqrantları effektiv şəkildə müəyyən etməlidirlər. Eyni şey qanunları pozmağa və qeyri-qanuni fəaliyyətə meylli olan şəxslərə də aiddir.
Bundan əvvəl Rusiyada nə qədər miqrantın tikinti sənayesi ilə məşğul olduğu məlum olub.