"Bunlar Moskva ilə İrəvan arasında çoxşaxəli əlaqələrə maksimum ziyan vurmaq məqsədi daşıyır”
26 Oktyabr 2023 19:59 DünyaAvropa Birliyinin Ermənistandakı missiyası monitorinq adı altında Rusiyaya qarşı kəşfiyyat məlumatları toplayır.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
"Biz görürük ki, Qərb mediası rəsmi İrəvanın nümayəndələrinə sözün əsl mənasında necə hücum edir, onlardan təxribatçı suallara cavablar alır. Bu məsələlər Moskva ilə İrəvan arasında çoxşaxəli əlaqələrə maksimum ziyan vurmaq məqsədi daşıyır", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31