ABŞ-də dövlət bayraqları endiriləcək
26 Oktyabr 2023 19:30 DünyaXəbər verdiyimiz kimi, ABŞ-də Men ştatının Lyuiston şəhərində yerləşən əyləncə mərkəzlərinin birində silahlı insident nəticəsində 22 nəfər ölüb, onlarla insan isə yaralanıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden atışma qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq ölkədəki bayraqların yarıya endirilməsi barədə əmr imzalayıb.
Qeyd edək ki, ABŞ-nin Men ştatının Lyuiston şəhərində baş verən atışmada 22 nəfər ölüb.
Trend xəbər verir ki, kimliyi məlum olmayan şəxsin avtomatdan açdığı atəş nəticəsində 60 nəfər yaralanıb. Atışma restoran, mağaza və əyləncə mərkəzində baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31