Rusiya diplomatları İsrailin cənubundakı sakinlər üçün humanitar yardım toplayıb təhvil verirlər - ÖZƏL
26 Oktyabr 2023 17:21 DünyaRusiyalı diplomatlar və ailələri Fələstin-İsrail münaqişəsinin şiddətlənməsi ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalan İsrailin cənub bölgələrindən olan mülki şəxslər üçün humanitar yardım toplayıb və bu humanitar yardımı İsrailin könüllü təşkilatlarına təhvil verib.
Olaylar.az xəbər verir ki, bu barədə məlumat Rusiya səfirliyindən verilib.
"Oktyabrın 26-da Rusiyanın Təl-Əvivdəki səfirliyi və İsraildəki Rus Evinin təşəbbüsü ilə ölkənin cənub bölgələrində müvəqqəti olaraq evlərini tərk etməli olan mülki israillilərə humanitar yardımın təhvil verilməsi mərasimi keçirilib. Rusiya diplomatları və onların ailə üzvləri paltar, ədyal, mətbəx qabları, uşaq paltarları da daxil olmaqla zəruri mallar toplayıblar. Bütün humanitar yardımlar İsrailin könüllü təşkilatlarına təhvil verilib" - bildirilib.