Çin orbital stansiyasına pilotlu kosmik gəmi göndərib - ÖZƏL

Olaylar.az xəbər verir ki, Çin Xalq Respublikası göyərtəsində üç taikonavt olan Şençjou-17 adlı pilotlu kosmik gəmini Tianqonq stansiyasına göndərdi. 
Qeyd olunur ki, buraxılış Pekin vaxtı ilə saat 11:14-də baş tutub. Kosmik gəmi Çinin şimalındakı Jiuquan peyk buraxılış mərkəzindən buraxılıb. Kosmik aparatın orbitə çıxarılması üçün iki mərhələli CZ-2F/G daşıyıcı aparatından istifadə edilib.
Təxminən 15 dəqiqə sonra Çin İnsanlı Kosmos Uçuş Proqramı İdarəsi kosmik gəminin buraxılışının uğurlu olduğunu bildirib.
"Şençjou-17" tam olaraq müəyyən edilmiş orbitə çıxdı, onun günəş yelkəni açıldı, gəmi normal işləyir. Ciuquan Peyk Başlatma Mərkəzinin buraxılış mərkəzinin rəhbəri Zou Lipeng, "Mən buraxılışı uğurlu elan edirəm" deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31