Türkiyə türkmən qazının beynəlxalq bazarlara çıxmasına çalışacaq - ÖZƏL

"Türkmənistanın təbii qazı və elektrik enerjisinin qlobal bazarlara çatdırılmasında mütləq əməkdaşlıq etməliyik". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Türkiyənin Vitse-prezident Cevdet Yılmaz Türkiyə-Türkmənistan Biznes Forumunda çıxışı zamanı deyib.
Cevdet Yılmaz Türkmənistan və Türkiyə arasındakı əlaqələrin liderlik səviyyəsində olduğunu, güclü siyasi iradə ilə dəstəkləndiyini, tarixi dərinliyə malik hər aspektdə zənginləşdiyini bildirib:
"Ölkələr arasında ticarət dövriyyəsi keçən il 2 milyard dolları keçib. 2023-cü ilin doqquz ayında əldə etdiyimiz ticarət həcmi isə 2022-ci ildəkindən çoxdur. Təxminən 2,1 milyard dollar. İlin sonuna qədər bu göstəricinin 3 milyard dollara çatacağımıza inanırıq".
Cevdet Yılmaz ikitərəfli ticarət həcmində hədəfin 5 milyard dollar olduğunu və bu hədəfə Türkiyə-Türkmənistan iş dünyasının səyləri və ortaqlıqları ilə ən qısa zamanda nail olunacağını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31