Türkiyənin təbii qaz anbarlarında qış hazırlıqları tamamlanıb- ÖZƏL
26 Oktyabr 2023 14:01 DünyaTürkiyənin təbii qaz anbarlarında qış hazırlıqları tamamlanıb. "OLAYLAR" Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, bu çərçivədə Silivri Təbii Qaz Anbarında 4,6 milyard kubmetr, Tuz Gölü Təbii Qaz Anbarında isə 1,2 milyard kubmetr qaz saxlanılıb.
Qeyd edək ki, Türkiyədə Boru Kəmərləri və Petrol Nəqliyyat A.Ş. (BOTAŞ) tərəfindən idarə olunan Silivri Təbii Qaz Anbarı və Tuz Gölü Təbii Qaz Anbarı kimi iki yeraltı təbii qaz anbarı mövcuddur.
Ümumi anbar tutumu 4,6 milyard kubmetr olan Silivri Təbii Qaz Anbarı hazırda Türkiyənin ən böyük təbii qaz anbarıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31