Türkiyə və Misir ikitərəfli ticarətdə milli valyutalardan istifadə edəcək - ÖZƏL

Türkiyə və Misir ikitərəfli ticarətdə milli valyutalardan istifadə etməyi nəzərdə tutur.
"OLAYLAR" Türkiyənin Ticarət Nazirliyinə istinadən bildirir ki, bu barədə fikir mübadiləsi ticarət naziri Ömət Bolatın Misirə səfəri zamanı aparılacaq. 113 iş adamının iştirakı ilə baş tutacaq səfər zamanı Ömər Bolat Misirdə keçirdiyi təmaslarda həmçinin, Türkiyə-Misir Azad Ticarət Sazişinin genişləndirilməsi və yenidən nəzərdən keçirilməsi istiqamətində danışıqların başlanması, iki ölkə arasında Ro-Ro xəttinin yaradılması və s. məsəlkəli müzakirə edəcək.
Bolat Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi ilə bu il ikinci dəfə Qahirədə keçiriləcək Beynəlxalq İstehsalat Konqresi və Sərgisinin açılışında  da iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31