Məmura qarşı terror aktı həyata keçirilib- ÖZƏL

Ukraynanın Zaporojye vilayəti administrasiyasının əməkdaşının şəxsi avtomobilinə partlayıcı maddə yerləşdirilib. Olaylar.az gazeta.ru-a istinadən xəbər verir ki, 27 yaşlı gənc son anda ona məxsus "VAZ 2111" markalı avtomobilin altına hansısa qurğunun taxıldığını görüb. Bundan sonra məmur təhlükəsizlik qüvvələrinə zəng edib. Hadisə yerinə gələn Rusiya Federal Təhlükəsizlik Xidmətinin partlayıcı maddələr üzrə mütəxəssisləri tapıntını tədqiq edib və belə qənaətə gəliblər ki, naməlum şəxslər məmuru əldəqayırma partlayıcılarla öldürməyə cəhd ediblər. Qeyd edilib ki, bu kimi hallar Zaporojye vilayətində ilk dəfə olmur. 2023-cü ilin iyulunda cinayətkarlar Davydovski kənd sovetinin başçısının maşınının altına əldəqayırma bomba yerləşdirilib. Faciənin qarşısı alınıb, bundan sonra İstintaq Komitəsi cinayət işi açıb. Həmin ilin avqustunda Federal Təhlükəsizlik Xidmətinin əməliyyatçıları polislə birlikdə Zaporojye vilayəti administrasiyasının əməkdaşına qarşı terror aktı hazırlayan Ukrayna vətəndaşını saxlayıblar. Bundan əvvəl isə Zaporojye vilayətində hərbi karvanı partlatmağa cəhd etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31