Liviya hakimiyyəti Qərb səfirlərindən ölkəni tərk etməyi tələb edib - ÖZƏL
25 Oktyabr 2023 22:27 DünyaOlaylar.az xəbər verir ki, Liviya parlamenti Qərb səfirlərindən İsrailin HƏMAS ilə münaqişəsi zamanı onu dəstəklədikləri üçün ölkəni tərk etmələrini tələb edib . Bu barədə qurumun saytında məlumat verilib .
Liviya parlamentinin bəyanatında deyilir: "Biz işğalçı sionist varlığa cinayətlərində dəstək verən bütün ölkələrin səfirlərini dərhal ölkəni tərk etməyə çağırırıq".
Liviya parlamentariləri həmçinin bütün ərəb dövlətlərini fələstinliləri "bütün gücləri ilə" dəstəkləməyə çağırıblar.
Bəyanatda vurğulanır ki, bugünkü müharibə Amerika Birləşmiş Ştatları və Qərb tərəfindən aparılan müharibədir.
Liviya parlamentinin bəyannaməsi 2 milyona yaxın insanın yaşadığı, 1,5 milyonu artıq evlərini tərk edən Qəzza zolağına humanitar yardımın çatdırılmasının mümkünsüzlüyü ilə bağlı bəyanatlar fonunda qəbul edilib.