Rusiya nüvə qarşısının alınması təlimi çərçivəsində iki ballistik raket buraxıb - ÖZƏL

Rusiya Silahlı Qüvvələri strateji nüvə qarşısının alınması qüvvələrinin təlimləri çərçivəsində iki ballistik raket buraxıb.

Olaylar.az xəbər verir ki, bu barədə RİA Novosti Kremlin mətbuat xidmətinə istinadən yazır.

Bildirilir ki, "Yars" qitələrarası ballistik raketi (KMR) Plesetsk kosmodromundan buraxılıb və o, Kamçatkadakı "Kür" poliqonunda təyin olunmuş hədəfi vurub. Digər ballistik raket "Sineva" isə strateji nüvə enerjili raket sualtı gəmisi "Tula"dan Barents dənizindən buraxılıb.

Daha əvvəl Şoyqu Rusiyanın Ukraynadakı hərbi təlimlərindən danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31