Rusiya üç aydan az müddətdə əcnəbilərə 90 mindən çox elektron viza verir - ÖZƏL
25 Oktyabr 2023 18:53 Dünya"Avqustun 1-dən etibarən xarici qonaqlara Rusiyaya daxil olmaq üçün 90 mindən çox elektron viza verilib və bu rəqəm tezliklə 100 minə çatacaq".
Olaylar.az xəbər verir ki, bunu Rusiya dövlət katibi və xarici işlər nazirinin müavini Yevgeni İvanov bildirib.
"Konsolidə edilmiş elektron viza sisteminin istifadəyə verilməsindən üç aydan az müddət ərzində artıq 90 000-dən çox belə e-vizalar verilib. Biz bu rəqəmin tam üç ay ərzində 100 mini keçəcəyini gözləyirik" - o, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31