Qəzzada ölənlərin sayı 6500-ü keçib - ÖZƏL

İsrailin oktyabrın 7-dən bəri bombardman etdiyi Qəzzada can itkisi sürətlə artmaqda davam edir. Olaylar.az sözcü-ə istinadən xəbər verir ki  Qəzza Səhiyyə Nazirliyi    ölənlərin sayının 6 min 546-ya çatdığını açıqlayıb. Onlardan 2704-nün uşaq olduğu bildirilib. Hücumlarda yaralananların sayı 17 min 439-a yüksəlib. Açıqlamaya görə, son 24 saatda Qəzzada 344-ü uşaq olmaqla, daha 756 fələstinli həyatını itirib. Bu arada İsrail HƏMAS-ın hərbi rəsmilərindən Teysir Mübəşirin blokada altındakı Qəzza zolağında öldürüldüyünü açıqlayıb. İsrail ordusu və Daxili Kəşfiyyat Xidməti Şin-Bet birgə bəyanatında İzzəddin əl-Qəssamın komandirlərindən olduğu bildirilən Mübəşirə qarşı sui-qəsdin təşkil edildiyi bildirilib. İsrail qüvvələrinin birgə bəyanatında Mübəşirin əvvəllər HƏMAS-ın dəniz qüvvələrində işlədiyi, silah istehsalı ilə məşğul olduğu və İsrail əsgərlərinə qarşı bir çox hücumlara görə məsuliyyət daşıdığı bildirilib. HƏMAS hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31