Həştərxan limanları vasitəsilə taxılın ötürülməsi artır - ÖZƏL
25 Oktyabr 2023 15:27 Dünya"Həştərxan limanlarının yük dövriyyəsinin əsasını təşkil edən taxılın daşınması ötən ilin göstəricisindən 2,5 dəfə çox artaraq 1,4 milyon metrik tona çatıb".
Olaylar.az xəbər verir ki, bunu Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib.
"Keçən ilin sonuna Həştərxan limanları ilə yükdaşımaların həcmi demək olar ki, üç milyon metrik ton təşkil edib. Biz artıq doqquz ayın sonunda bu rəqəmi ötmüşük. Əminəm ki, yük dövriyyəsi bundan sonra da artacaq. Taxıl, ötürmə qabiliyyətinin 2,5 dəfə artaraq 1,4 milyon metrik tona çatması onun əsasını təşkil etməkdə davam edir" - qubernator, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31