İranlı investorlar Həştərxanda gəmiçilik şirkəti yaradırlar - ÖZƏL
25 Oktyabr 2023 14:35 Dünya"İranlı investorlar Həştərxanda gəmiçilik şirkəti yaratmaq qərarına gəliblər".
Olaylar.az xəbər verir ki, bunu Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib.
"İranın dövlət gəmiçilik şirkəti səhmlərinin nəzarət paketinin İran biznesinə məxsus olduğu PJSC Həştərxan Limanının inkişafına böyük vəsait yatırır. Gəmiçiliyin inkişafı məqsədilə iranlı təsisçilər Astraport Shipping şirkətini yaratmaq qərarına gəliblər. Həştərxan limanı "Lotos" gəmiqayırma zavodu ilə bir milyard rubldan (10,7 milyon ABŞ dolları) artıq məbləğdə RSD 49 layihəli yükdaşıyan gəminin tikintisini başa çatdırmaq üçün müqavilə imzalayıb" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31