Hizbullah, HƏMAS və İslami-Cihad liderləri bir araya gəldi - ÖZƏL
25 Oktyabr 2023 14:00 DünyaHizbullah lideri Həsən Nəsrullah oktyabrın 7-dən bəri ilk dəfə HƏMAS və İslami Cihadın yüksək səviyyəli rəsmiləri ilə görüşüb. "OLAYLAR" Türkiyə mediasına istinadən bildirir ki, görüşdə İslami Cihad Hərəkatının baş katibi Ziyad ən-Nəhhale və HƏMAS Siyasi Bürosunun sədr müavini Salih əl-Aruri iştirak edib.
Görüşdə İsrailin Qəzza və Fələstinə qarşı hücumunu dayandırmaq üçün müqavimət cəbhəsinin yaradılması, eləcə də belə bir həssas məqamda zəfər əldə etmək üçün hansı lazımı olan addımların atılması ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, İsrail Qəzzada quru əməliyyatına başlasa, Hizbullah Livandan İsrailə hücum edə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31