Ukraynalı və qərbli hakerlər mütəmadi olaraq Rusiyanı hədəfə alırlar - ÖZƏL
25 Oktyabr 2023 14:03 Dünya"Rusiya sistematik olaraq Ukraynadan haker hücumlarına məruz qalır".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsinin müavini Andrey Belousov bildirib.
"Ölkəmiz sistematik olaraq Ukrayna və bir sıra digər Qərb ölkələrindən kompüter hücumlarına məruz qalır" - Belousov, deyib.
O, Rusiyaya qarşı kiberhücumların, o cümlədən ABŞ-ın yardımı ilə yaradılmış Ukrayna İT Ordusu tərəfindən həyata keçirildiyini etiraf edən ABŞ Kiber Komandanlığının direktoru Pol Nakasonenin açıq bəyanatı kimi çoxsaylı təsdiqlərə və sübutlara istinad edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31