Çin İsraili Qəzza zolağındakı blokadanı ləğv etməyə çağırıb - ÖZƏL

"Çin İsraili Qəzza zolağındakı blokadanı qaldırmağa və humanitar yardım üçün kanallar açmağa çağırıb".

Olaylar.az xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun bildirib.

"Daha böyük humanitar fəlakətin qarşısının alınması bütün səylərimizin prioriteti olmalıdır. Qəzza 15 gündür işıqsız qalıb. Su kəsilib. Ərzaq, dərman və digər əsas ehtiyaclar tezliklə tükənəcək. Təhlükəsizlik Şurası birmənalı dildən istifadə edərək işğalçı dövlətdən Qəzzanın mühasirəsini qaldırmasını tələb etməlidir" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31