3 terrorçu zərərsizləşdirilib

Olaylar.az  türk  mediasına  istinadən xəbər verir. Türkiyə ölkənin hər yerində terrora qarşı mübarizə aparmağa davam edir. Təhlükəsizlik qüvvələri tərəfindən xain terror təşkilatını məğlub etmək məqsədilə həyata keçirilən əməliyyatlar nəticəsində onlarla terrorçu ələ keçirilib.
 Terrorçulara qarşı mübarizə işlərini sürətləndirən təhlükəsizlik qüvvələri növbəti uğurlu əməliyyata nail olub. Diyarbakırın Lice Kıyıköy çölündə biri narıncı, ikisi boz kateqoriyalı 3 terrorçu zərərsizləşdirilib. Digər tərəfdən Şırnakda 1 terrorçu ələ keçirilib. Daxili İşlər Naziri  mövzu ilə bağlı açıqlama verərək şəhidlərin qanının yerdə qalmadığını bildirib:"Millətimizin bilməsini istəyirəm ki, son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmizi qətiyyətlə, dualarınız və dəstəyinizlə davam etdirəcəyik"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31