Braziliya Xarici İşlər Nazirliyi HƏMAS-ı girovları azad etməyə çağırıb

HƏMAS bütün girovları azad etsə, İsrail ordusu Fələstin ərazilərindən çıxsa və Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olmasa, Yaxın Şərqdə sülhə nail olmaq mümkündür.

Olaylar.az-ın məlumatına görə, bunu Braziliyanın xarici işlər naziri Mauro Vieyra BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdəki vəziyyətlə bağlı açıq müzakirələrdə çıxışı zamanı deyib.

"HƏMAS qaçırılan israilli uşaqları azad etməli və İsrail bombardmanlarını dayandırmalıdır ki, fələstinli uşaqlar və onların anaları Misirlə sərhəddən keçərək Qəzza zolağından çıxa bilsinlər. Müharibənin dəhşətləri arasında insanlıq yaddan çıxmamalıdır", - deyə o bildirib.

(Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31