UTX-nin polkovniki İNTİHAR ETDİ

Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi rabitə şöbəsinin rəisi, polkovnik Dmitri Bakayev intihar edib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Strana.ua" saytı məlumat yayıb.

Məlumata görə, polkovnikin meyiti iş yerində tapılıb. Onun yanında Təhlükəsizlik Xidmətinin rəisi Vasili Malyukun adına yazılmış protokol şəklində qeyd aşkarlanıb.

Məlumata görə, hazırda istintaq intiharın səbəblərini müəyyənləşdirir. Artıq qurumun bir neçə əməkdaşı dindirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31