"Taxıl sazişinin bərpası birbaşa olaraq..." - Peskov

Taxıl müqaviləsinin bərpası ilə bağlı danışıqlar davam etsə də, bir razılaşma yoxdur.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Hazırda Rusiya, Türkiyə və Qətərin iştirak etdiyi üçtərəfli taxıl sazişinin mümkün perspektivləri ilə bağlı heç bir əsaslı razılaşma yoxdur. Taxıl sazişinin bərpası birbaşa olaraq Rusiyanın tələblərinin yerinə yetirilməsindən asılıdır", - o bildirib.

Qeyd edək ki, Rusiya iyulun 18-də şərtləri yerinə yetirmədiyi üçün taxıl sazişindən çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31