Rusiya Hava Hücumundan Müdafiə Qoşunları Moskvaya doğru uçan pilotsuz uçan aparatı məhv edib - ÖZƏL

"Rusiya Hava Hücumundan Müdafiə Qoşunları Moskva vilayəti yaxınlığındakı Lyubertsı bölgəsində Moskva istiqamətində uçan pilotsuz uçuş aparatını vurublar, heç bir itki və dağıntı yoxdur".

Olaylar.az xəbər verir ki, bunu paytaxtın meri Sergey Sobyanin bildirib.
"Bu gün Hava Hücumundan Müdafiə Qoşunları Lyubertsı rayonunda Moskva istiqamətində uçan pilotsuz uçan aparatı məhv ediblər. Hələlik itki və dağıntı yoxdur. Hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları işləyir", - o deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31