Ərdoğan ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə səfər edəcək.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, səfər sentyabrın 17-21-də baş tutacaq.

Məlumata görə, Türkiyə prezidenti BMT Baş Assambleyasında dünya liderləri qarşısında çıxış edəcək. Türkiyə liderinin islamofobiya, qaçqınların vəziyyəti, iqlim dəyişikliyi, Kipr problemi, Rusiya-Ukrayna müharibəsi və digər mövzularda mühüm mesajlar verəcəyi gözlənilir.

Xatırladaq ki, Baş Assambleya 1945-ci ildə yaradılıb və təşkilatın bütün 193 üzvünün daxil olduğu BMT-nin əsas məşvərətçi, siyasi və nümayəndəlik orqanıdır. Assambleyanın əsas sessiyası hər il sentyabr-dekabr aylarında keçirilir.

Bundan əlavə, sentyabrda Türkiyə prezidenti G20 liderlərinin sammitində iştirak edəcək. Sammitdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal problemlər də müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31