Yaponiya ruslara Fukusima AES-dən su axıdılması prosesini izləməyi qadağan edib - ÖZƏL

"Yaponiya hakimiyyəti Rusiya Elmlər Akademiyasının elmi gəmilərinə "Fukusima-1" AES-dən aşağı radioaktiv suyun boşaldılması prosesi ilə bağlı tədqiqat aparmağa icazə verməyəcək".

Olaylar.az xəbər verir ki, bunu akademik Valentin Serqiyenko bildirib.
"Biz qəzadan dərhal sonra bu cür tədqiqat işləri gördük, bir neçə ekspedisiya etdik, lakin yaponlar öz iqtisadi zonalarına girişi məhdudlaşdırdılar. Onlar bizim gəmilərimizi içəri buraxmayacaqlar, araşdırma aparmağa icazə verməyəcəklər. Ona görə də biz Fukusimadan 150-300 kilometr aralıda işləyirik" - Serqiyenko, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31