Hərbi xidmətdən yayınmağa görə vətəndaşlığa xitam veriləcək- ÖZƏL
28 Avqust 2023 14:59 DünyaDövlət Dumasına Rusiya vətəndaşlığına qəbul edilmiş şəxsin hərbi vəzifəni yerinə yetirməkdən, səfərbərlikdən yayınması və ya hərbi qeydiyyata alınmaması zamanı vətəndaşlığa xitam verilməsi üçün əsas hesab edilməsi təklif edilən qanun layihəsi təqdim edilib. Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Mixail Matveyevin təqdim etdiyi sənəd Dumanın məlumat bazasında yerləşdirilib. Millət vəkili izahat yazısında qeyd edib ki, çox vaxt Rusiya vətəndaşlığını qəbul edən əcnəbilər bu öhdəliyə məhəl qoymadan hərbi xidmətə yazılmırlar.
Olaylar.az xəbər verir ki, "Rusiya Federasiyasının vətəndaşlığı haqqında" qanunun 22-ci maddəsinə dəyişiklik edilməsi təklif edilir. İzahnamədə o da qeyd olunur ki, 2022-ci ildə 691 mindən çox xarici vətəndaş Rusiya vətəndaşlığını qəbul edib ki, onların da əksəriyyəti Tacikistan (173,6 min nəfər), Ermənistan (45 min), Qazaxıstan (42 min) sakinləridir. Prezident yanında İnsan Hüquqları Şurasının üzvü Kirill Kabanov belə hesab edir ki, miqrantların hərbi qeydiyyata düşməkdən və Silahlı Qüvvələr sıralarına göndərilməkdən imtina etdiklərinə görə vətəndaşlıqdan məhrum edilməsi ədalətli praktikaya çevrilə bilər.