Ukraynalılar Krasnıy Liman, Kupyansk yaxınlığında əks-hücum etməyə cəhd edirlər — ÖZƏL
28 Avqust 2023 11:54 Dünya"Ukrayna qoşunları Rusiya ordusunun itirilmiş mövqelərini geri almaq üçün xeyli irəlilədiyi Krasnıy Liman və Kupyansk istiqamətlərində əks-hücum etməyə cəhd edir".
Olaylar.az xəbər verir ki, bunu Donetsk Xalq Respublikasının (DXR) başçısı vəzifəsini icra edən Denis Puşilin bildirib.
"Krasnı Liman bölgəsinə gəlincə, biz orada bölmələrimizin daha yaxşı mövqe tutmasını qeydə aldıq. Düşmən ötən gecə Yaqodnoye, Novosyolovskoye, Nadejda və Yampolovka yaxınlığındakı mövqeləri geri almaq üçün ən azı 12 dəfə əks-hücuma keçməyə cəhd göstərdi. Bölmələrimiz dəqiq iş gördü. düşmənə böyük zərbələr endirməyə çalışır, eyni zamanda öz itkilərini minimuma endirmək üçün əllərindən gələni edirlər" - Puşilin, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31