Birləşmiş Ştatlar Çinlə sabit münasibətlərə çağırıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-ın ticarət naziri Gina Raimondo həmkarı Vanq Ventao ilə görüşündə ABŞ və Çin arasında sabit iqtisadi əlaqələrin dərindən vacib olduğunu bildirib və əlavə edib ki, dünya onlardan sabitlik gözləyir. 

"Bizim hər iki ölkəmizə fayda verən sabit iqtisadi əlaqələrimiz çox vacibdir. Və əslində dünya bizdən bunu gözləyir. Bunlar mürəkkəb münasibətlərdir. Əlbəttə, bəzi məsələlərdə razılaşmayacağıq, lakin mən inanıram ki, biz birbaşa, açıq və praktiki şəkildə hərəkət etsək, irəliləyiş əldə edə bilərik", -deyə Raimondo bildirib. 

Nazir qeyd edib ki, ölkələr arasında 700 milyard dollardan çox ticarət dövriyyəsi var. Rəsmilər iqtisadi əlaqələrin daha da dərinləşməsi ilə bağlı nikbinliklərini də ifadə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31