Tacikistanda leysan 13 nəfərin həyatına son qoyub

Tacikistanın bir sıra rayonlarında bazar günü yağan güclü yağışlar nəticəsində 13 nəfər ölüb.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə respublika prezidenti Emoməli Rəhmonun mətbuat xidməti məlumat yayıb.

"Dünən güclü yağışlar nəticəsində Vəhdət şəhəri və Rudəki bölgəsində təbii fəlakət baş verib, nəticədə 13 nəfər, o cümlədən Vəhdət şəhərində 11, Rudəki bölgəsində 2 nəfər həlak olub", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31