Rusiyanın Oryol vilayətinə PUA düşdü
27 Avqust 2023 21:53 DünyaRusiyanın Oryol vilayətinin Soskovski rayonundakı tarlada pilotsuz uçuş aparatı (PUA) tapılıb.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə qubernator Andrey Klıçkov Telegram kanalında bildirib.
PUA-nın düşdüyü ərazi hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb və lazımi tədbirlər həyata keçirilir.
Klıçkovun sözlərinə görə, rayon sakinləri üçün heç bir təhlükə yoxdur, vəziyyət nəzarət altındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31