“Facebook” Araik Arutyunyanın SƏHİFƏSİNİ SİLDİ

Separatçıların lideri Arayik Arutyunyanın Facebook-dakı rəsmi səhifəsi silinib.

Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bu, Azərbaycan tərəfinin davamlı şikayətləri nəticəsində baş verib. Verilən məlumatlara görə, səhifəyə bir neçə ay ərzində aktiv şikayətlər daxil olub, nəticədə səhifədə yazıların görünməsi ciddi şəkildə azalıb, müxtəlif funksiyalar əlçatmaz olub, sonradan isə tədricən böyük məhdudiyyətlər tətbiq edilib. Və son şikayətlər nəticəsində səhifə tamamilə əlçatmaz olub.

Qeyd edək ki, səhifənin 459.000 izləyicisi var idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31