Yunanıstanın XİN rəhbəri Türkiyəyə səfər edəcək
27 Avqust 2023 19:13 DünyaYunanıstanın xarici işlər naziri Qeorqios Herapetritis sentyabrın 5-də Türkiyəyə səfər edəcək.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidmətindən məlumat verilib.
İşgüzar səfər çərçivəsində Herapetritis Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə danışıqlar aparacaq.
Tərəflər ikitərəfli münasibətləri və regional gündəmdəki mühüm məsələləri müzakirə edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31