Fələstin xarici işlər naziri Qırğızıstana səfər edəcək
27 Avqust 2023 15:16 Dünya27-28 avqust tarixlərində Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki Qırğızıstanda rəsmi səfərdə olacaq.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan XİN-in mətbuat xidmətindən bildirilib.
Səfər zamanı iki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri səviyyəsində rəsmi danışıqlar aparılacaq.
Tərəflər Qırğızıstan-Fələstin münasibətlərinin geniş spektrini və inkişaf yollarını müzakirə edəcək, həmçinin müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra ikitərəfli sənədlər imzalayacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31