"Bu hücum tolerantlığa vurulan zərbədir"

Məscidə edilən hücum tolerantlığa vurulan zərbədir.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Yunan Kiprində məscidə edilən hücumu pisləyib.

"Hücum dünya üzrə 2 milyarddan çox insanın inanclarına və müqəddəs dəyərlərinə qarşı yönləndirilib. Bunu demokratiya və fikir azadlığı ilə izah etmək mümkün deyil. Hücumu təşkil edənlər cəzalandırılmalıdır", - deyə Tatar qeyd edib.

Xatırladaq ki, bu gün yunan Kiprində yerləşən məscidə molotov kokteyli ilə hücum edilib.

Polis hücumla bağlı araşdırma apardığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31