“Sanksiyalar siyasəti uğursuz oldu" - Siyarto

Bütün dünyada Avropanın Rusiyaya qarşı sanksiya siyasətinə gülürlər.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.

"Sanksiyalar siyasəti uğursuz oldu. Və sual budur ki, bunun tərəfdarı olan siyasətçilər haqqında nə demək olar? Çünki məntiqi düşüncə budur ki, uğursuz olsalar, kimsə bunun üçün məsuliyyət daşımalıdır", - nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31