Yunan Kiprindəki hücum anti-islam zehniyyətinin mövcudluğunun sübutudur – Ünal Üstel
26 Avqust 2023 20:27 DünyaYunan Kiprində məscidə edilən hücum anti-islam zehniyyətinin mövcudluğunun sübutudur.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının (KKTC) Baş naziri Ünal Üstel deyib.
"Bu hücum Cənubi Kiprdə yaşayan müsəlman qardaşlarımıza və ümumilikdə bütün İslam dünyasına qarşı bir hücumdur. Bunun kimi hücumlar müsəlmanlarla yanaşı tolerantlığa qarşı edilən hücumdur" - deyə Üstel qeyd edib.
O bildirib ki, Yunan Kipri ibadət azadlığını və ibadət yerlərinin müqəddəsliyini qorumaq məsuliyyəti çərçivəsində ən qısa zamanda lazımi tədbirləri görməlidir.
Xatırladaq ki, bu gün Yunan Kiprində yerləşən məscidə molotof kokteyli ilə hücumedilib.
KKTC prezidenti Ersin Tatar edilən hücumu pisləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31