Türkiyə ordusu daha bir şəhid verdi

Türkiyə ordusunun hərbçisi şəhid olub.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Pəncə-Kilid" əməliyyat bölgəsində PKK tərəfindən yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində ağır yaralanan Türkiyə ordusunun hərbçisi Erkan Səlcuq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb", - məlumatda bildirilib.

***

Türkiyə Silahlı Qüvvələrinin daha bir hərbçisi şəhid olub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Pəncə-Kilid" əməliyyat bölgəsində PKK tərəfindən yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində ağır yaralanan Türkiyə ordusunun çavuşu Taner Torun da bütün müdaxilələrə baxmayaraq, xilas ola bilməyib və şəhid olub", - məlumatda qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31