Putin onlarla bağlı VACİB FƏRMAN İMZALADI

Hərbi tapşırıqları yerinə yetirən könüllülər Rusiya dövlət bayrağı önündə and içməli olacaqlar. 

Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin fərman imzalayıb. 

Bildirilib ki, söhbət könüllü birləşmələrin üzvlərindən və orduya tapşırıqların yerinə yetirilməsində köməklik göstərən və xüsusi hərbi əməliyyatda iştirak edən digər şəxslərdən gedir.

Həmçinin, ərazi müdafiəsinə cəlb olunan vətəndaşlar da and içməli olacaqlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31