Prezident qızını özünə köməkçi TƏYİN ETDİ

Özbəkistan Prezidenti Şövkət Mirziyayev administrasiyasında bir sıra təyinatlar həyata keçirib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, dövlət başçısının fərmanı ilə Özbəkistan liderinin köməkçisi yerinə onun böyük qızı, 38 yaşlı Səidə Mirziyayeva təyin edilib.

Buna qədər Özbəkistan prezidentinin qızı onun administrasiyasının rabitə və informasiya siyasəti sektoruna rəhbərlik edib. Səidədən başqa, Əziz Maqrupov yenidən Mirziyayevin köməkçisi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31